RU

Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Gənclər Günü ərəfəsində Azercell-in dəstəyi ilə informatika üzrəbeynəlxalq olimpiadalara hazırlaşan Azərbaycan milli komandasınınüzvləri şirkətin qonağı olub. Görüş gənc istedadların beynəlxalqarenada əldə etdikləri nailiyyətləri, eləcə də bu uğurlarınarxasında dayanan uzunmüddətli və sistemli əməkdaşlıq modelini önplana çıxarıb.

Tədbirdə “Azercell Telekom” MMC-nin Korporativ və MarketinqÜnsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova,şirkətin nümayəndələri, Azərbaycan Respublikasının Təhsilİnstitutunun direktor müavini Fuad Qarayev, eləcə də milli yığmanınmüəllimləri iştirak ediblər.

Qeyd edək ki, Azercell və Azərbaycan Respublikasının Təhsilİnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanmasıistiqamətində əməkdaşlıq 2017-ci ildən etibarən həyata keçirilir.Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləritəşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesidəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsindəbilik və bacarıqlarının inkişafına töhfə verilir. Hazırda proqramçərçivəsində illik olaraq 90 şagird əlavə hazırlıq prosesinə cəlbolunur.

Bu müddət ərzində milli yığmanın üzvləri informatika üzrənüfuzlu beynəlxalq və regional olimpiadalarda uğurla çıxış edərək 6qızıl, 33 gümüş və 65 bürünc olmaqla ümumilikdə 104 medalqazanıblar.

Tədbiri açan Sona Abbasova bildirib: “Şirkətimiz istedadlıgənclərin inkişafına, İT və proqramlaşdırma istiqamətlərindəbilikyönümlü və ixtisaslı insan kapitalının formalaşmasına xüsusidiqqət yetirir. Sizin beynəlxalq olimpiadalarda əldə etdiyiniznəticələr bizi həm qürurlandırır, həm də bu təşəbbüsün əhəmiyyətinibir daha gündəmə gətirir. İnanıram ki, bu gün dəstək göstərdiyimizgənclər sabah ölkənin texnoloji inkişafına töhfə verən peşəkarkadrlara çevriləcəklər”.

Fuad Qarayev də bu tərəfdaşlığı yüksək qiymətləndirdiyini qeydedib.

“Azercell-in dəstəyi sayəsində informatika üzrə milli komandanınüzvləri beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildəhazırlanır. Şagirdlər üçün əlavə hazırlıq dərslərinin təşkili,məqsədyönlü hazırlıq proqramlarının həyata keçirilməsi və xüsusitədris mühitinin yaradılması gənclərin potensialının üzəçıxarılmasına şərait yaradır. Bu cür kompleks yanaşma onlarınbeynəlxalq olimpiadalarda göstərdikləri nəticələrə birbaşa təsirgöstərir və eyni zamanda, ölkədə yeni nəsil İT və İKTmütəxəssislərinin formalaşmasına töhfə verir”, – deyə Fuad Qarayevbildirib.

Tədbirin sonunda informatika üzrə beynəlxalq olimpiadalarınmedalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar.

Azercell
Azercell
Azercell
Azercell
Məqalədə:
Избранный
26
12
az.trend.az

10Источники