RU

Stiv Uitkoff sabah İsrailə səfər edəcək

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun sabah İsrailə səfər gözlənilir. 

Missiya.Az The Guardina-a istinadən xəbər verir ki, səfər çərçivəsində Uitkoff İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Bundan başqa, ABŞ nümayəndəsinin İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirlə də danışıqlar aparacağı bildirilir. Görüşlərdə regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Eyal Zamir bundan əvvəl Vaşinqtonda Pentaqonun yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirib.

Seyranə Quliyeva 

Missiya.Az 

Избранный
9
missiya.az

1Источники