RU

Gürcüstanda məktəblərdə yeni qaydalar tətbiq olunacaq

Gürcüstanda yeni tədris ilindən orta ümumtəhsil məktəblərində yeni qaydalar tətbiq olunacaq. Məktəblərdə planlaşdırılan innovasiyalarla bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər parlamentə təqdim olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Bildirilir ki, nazirlik tərəfindən hazırlanan “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklər layihəsinə parlament tezliklə baxacaq.

Parlamentə təqdim edilən layihəyə əsasən, Gürcüstanda tam ümumi təhsil 11 ildən az və 12 ildən çox olmayacaq. İbtidai təhsilə başlamaq üçün ən aşağı hədd 6 yaş olacaq. Sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar məktəbə qəbul olunacaqlar. Bundan başqa, ümumi təhsilin ibtidai səviyyəsində məktəbli forması geyinmək məcburi olacaq.

Layihəyə əsasən, şagirdə qarşı zorakılıq səbəbindən əmək müqaviləsinə xitam verildiyi təqdirdə, müəllimin, eləcə də ümumi təhsil müəssisəsinin digər işçilərinin işləməsi 3 il müddətinə məhdudlaşdırılacaq.

Bundan əlavə, “Ümumi təhsil haqqında” Qanuna ümumi təhsilin əsas səviyyəsinin müddətində və orta təhsil səviyyəsinin müddətində dəyişikliklərlə bağlı tədbirləri müəyyənləşdirən norma əlavə edilib.

Избранный
11
2
xezerxeber.az

3Источники