RU

Lənkəranda iki mərtəbəli evdə yanğın: 1 nəfər ölüb » AzadMedia.az


Lənkəran rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 kvadratmetr) olan ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Məlumata görə, yanğın zamanı həyatını itirən şəxs ev sahibi — 45 yaşlı Rəfi Firdovsi oğlu Rəhimovdur. /qafqazinfo.az
Избранный
9
1
azadmedia.az

2Источники