RU

Salah Nyukasl la oyunda rekordlar qırdı

Qol.az saytına istinadən ain.az xəbər verir.

Salah "Nyukasl"la oyunda rekordlar qırdı

İngiltərə Premyer Liqasının 24-cü turunda"Nyukasl"la matç "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.

"Enfild" stadionunda keçirilən sözügedən görüşdə Salah 1 qol ötürməsi verib. Bu, onun "Enfild"dəki 152-ci məhsuldar hərəkəti (qol+qol ötürməsi) olub. Beləliklə, 33 yaşlı hücumçu Premyer Liqa oyunlarında bir stadionda effektiv hərəkətlərin sayına görə rekord qırıb.

İndiyədək ən yüksək göstərici Tyeri Anri və Ueyn Runiyə məxsus idi. Anri "Arsenal"ın heyətində "Hayberi" arenasında, Runi isə "Mançester Yunayted" və "Everton" ilə "Old Trafford"da 151 məhsuldar hərəkət etmişdi.

Salah həmçinin Premyer Liqa tarixində tək bir rəqibə qarşı 10 qol vuran və 10 məhsuldar ötürmə edən ilk oyunçu adını qazanıb. Bunun üçün ona cəmi 19 matç lazım olub.

Xatırladaq ki, "Liverpul" Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"la qarşılaşmış və 6:0 hesablı qələbə qazanmışdı. "Qarabağ"la "Nyukasl" arasındakı pley-off mərhələsinin ilk oyunu fevralın 18-də Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
qol.az

2Источники