RU

İncəsənət əsərləri, kolleksiya və əntiq əşyaların idxalı ƏDV-dən azad edilir

Bakı. Trend:

İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalarınölkəyə idxalı ƏDV-dən azad ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xariciiqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiyaəşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək.

Bildirilib ki, ƏDV-dən azadolma bu əşyaların idxalçılarınınxərclərini optimallaşdıracaq, nəticədə bu sahədə idxalınyüksəlməsinə, mədəniyyət obyektlərinin, muzeylərin eksponatlarlazənginləşdirilməsinə, beynəlxalq mədəni inteqrasiyanıngüclənməsinə, pul, antik əşya və incəsənət əsərlərikolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcək.

Qeyd edilib ki, bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində dəbu cür əşyaların idxalından vergilərin tutulmaması praktikasımövcuddur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Избранный
10
15
az.trend.az

10Источники