RU

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi təkmilləşdirilir

Bakı. Trend:

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmitəkmilləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət orqanları (qurumları), dövlətmülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfidövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılanpublik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidəntəşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar(vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər aybitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektronqaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana(quruma) təqdim olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, açılmış hesab daxil olmuşməlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimindəavtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bankəməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir.Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslərtərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılmasıqadağandır.

Qanun layihəsinə əsasən, yuxarıdakı abzasa uyğun olaraqqeydiyyata alınan hesab dövlət orqanlarına (qurumlarına), dövlətmülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfidövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılanpublik hüquqi şəxslərə məxsus olduqda həmin hesablar barədəməlumatlar vergi orqanı tərəfindən müvafiq məlumat bankəməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğugündən sonrakı 1 iş günü müddətində elektron qaydada müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)göndəriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Избранный
5
1
az.trend.az

2Источники