RU

Gömrükdə gecikən sifarişlər- SƏBƏB AÇIQLANDI

Məsələni ikinci dəfə gündəmə gətirdik.  Mövzunu tam araşdırmaq üçün daha əvvəldən  Dövlət Gömrük Komitəsinə sorğu göndərmişdik.  Ajans.az-ın 28 yanvar 2026-cı ildə göndərdiyimiz sorğuya cavab olaraq, bildirilib ki,  Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.

Qurum vurğulayıb ki, sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur.

Избранный
11
2
Ajans.az

3Источники