19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək.
İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, U-19 Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.