Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.Metbuat.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub. Belə ki, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.