RU

Sumqayıtda tibbi müayinə zamanı ölüm hadisəsi baş verdi

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sumqayıtda tibbi müayinə zamanı ölüm hadisəsi baş verib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən 1 nömrəli Şəhər Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, 1956-cı il təvəllüdlü kişi müxtəlif ürək-damar xəstəlikləri diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, pasiyent 29 yanvar 2026-cı il tarixində günün ikinci yarısında Kardiologiya şöbəsinə hospitalizasiya olunub. Onun vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılıb və klinik durumuna uyğun müalicə tədbirləri həyata keçirilib.

Xəstədə əlavə əlamətlər müşahidə olunduğundan kompüter tomoqrafiyası müayinəsinin aparılması qərara alınıb. Müayinə zamanı pasiyentin səhhəti kəskin şəkildə ağırlaşıb.

Tibb işçilərinin təcili müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və ertəsi gün xəstəxanada ölüm faktı qeydə alınıb.

İlkin tibbi rəyə görə, ölümün ehtimal olunan səbəbi tromboemboliya göstərilir. Məlumata əsasən, ölümün dəqiq səbəbi müvafiq patoloji-anatomik ekspertizadan sonra açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
2
bakivaxti.az

3Источники