RU

Adadan sağ çıxan qadının dəhşətli etirafı: Zorla Epşteynin otağına aparır...

Dünyanın diqqətlə izlədiyi Epşteyn qalmaqalında ABŞ Ədliyyə Nazirliyi təxminən 3000 yeni faylı internetdə əlçatan edib.

Turkustan.az xəbər verir ki, 2019-cu ildə həbsxanada intihar edən pedofil Ceffri Epşteyn və onun əlaqələri ilə bağlı istintaqda yeni adlar ortaya çıxdıqca, 3000 səhifəlik faylda çoxsaylı türk adları da yer alır.

Hadisənin nəticələri davam etdikcə, Epşteyn adasından sağ çıxan bir qadının verdiyi müsahibə faciəni ortaya çıxardı. O dövrdə uşaq olduğunu deyən qadın ifadəsinə "Məni hər gün təcavüzə məruz qoyurdular" deməklə başlayıb və sözünə davam edərək dedi: "Bəzən bu, üç dəfə baş verirdi. Məni zorla Epşteynin otağına sürükləyib təcavüzə uğratırdılar. Son 17 ili ədaləti bərpa etməyə çalışmışam. Həyatımı yenidən yoluna qoymağa çalışdım, amma bacarmadım. Əgər FTB və dövlət qurumları 1996-cı ildə Maria Farmeri dinləsəydilər, təcavüzə məruz qalmazdım. Bu, yüzlərlə uşağı və minlərlə qadını əhatə edən insan alveri şəbəkəsi idi."

Epşteyn

Aytən Yaşar/ Turkustan.az

Избранный
26
1
turkustan.az

2Источники