RU

Kante “Fənərbağça”ya keçdi


“Fənərbağça” Səudiyyə Ərəbistanının ”Əl-İttihad” komandasında oynayan N'Qolo Kanteni transfer edib.
Yeniavaz.com
“Sky Sports”a istinadla xəbər verir ki, uzun müddətdir “Əl-İttihad”la danışıqlar aparan “Fənərbağça” transfer qiyməti ilə bağlı razılığa gəlib.
Bildirilir ki, “Fənərbağça” və “Əl-İttihad” transfer qiyməti kimi 4 milyon avroda razılaşıb.
Məlumata görə, təcrübəli oyunçu tezliklə İstanbula gələcək və tibbi müayinədən keçəcək.
Qeyd edək ki, “Fənərbağça”nın bundan əvvəl Kante ilə şifahi razılığa gəldiyi və təcrübəli futbolçu ilə 2,5 illik müqavilə imzalanacağı bildirilirdi.
Xatırladaq ki, 2023-cü ildə “Çelsi”dən “Əl-İttihad”a keçən N'Qolo Kantenin müqaviləsi bu mövsümün sonunda başa çatmalı idi.
Избранный
10
yeniavaz.com

1Источники