RU

48 aptekdə yoxlama APARILDI-NÖQSANLAR VAR

Ajans.az xəbər verir ki, bununla bağlı AEM-dən məlumat verilib. Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Bildirilib ki, yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Избранный
22
32
Ajans.az

10Источники