RU

SOCAR istiqrazlarının növbəti kupon ödənişi həyata keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR istiqrazlarının 1,125 milyon dollarlıq növbəti kupon ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital”ın məlumatına görə, 17-ci kupon ödənişi nəticəsində ikinci SOCAR istiqrazlarının investorlarına qazandırdığı gəlir ümumilikdə 19,125 milyon min dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək.)

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 97,3 milyon dollar məbləğində ticarət aparılıb və 1612 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 53,125 milyon dollar məbləğində faiz ödənişi edilib.

Növbəti kupon ödənişi mayın 1-i həyata keçiriləcək.

Избранный
13
8
vergiler.az

2Источники