RU

Ən varlı rusların sərvəti 19 milyard dollardan çox artdı – “Bloomberg”


Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 19,392 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin ilin əvvəlindən bəri 3,46 milyard dollar qazanaraq, sərvətini 29,9 milyard dollara çatdırıb.
“EvroXim” və “Sibir Kömür Enerji” Şirkətinin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 2,83 milyard dollar artaraq 21,8 milyard dollar olub.
Eyni zamanda, “Novatek”in baş direktoru Leonid Mixelson 2026-cı ilin yanvar ayında 1,93 milyard dollar qazanaraq, sərvətini 25,6 milyard dollara çatdırıb.
“Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvəti isə 1,55 milyard dollar artaraq 24,1 milyard dollar olub.
Ən böyük itkini “Telegram”ın həmtəsisçisi Pavel Durov yaşayıb. Onun sərvəti 786 milyon dollar azalaraq, 13,6 milyard dollara düşüb.
Избранный
7
2
yeniavaz.com

3Источники