RU

"Ukrayna çətin güzəştlərə hazırdır" - Aİ diplomatiyasının rəhbəri

Ukrayna çox çətin güzəştlərə getməyə hazırdır, çünki onlar müharibəni həqiqətən də bitirmək istəyir.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Oslo Təhlükəsizlik Konfransında bildirib.

“Biz Rusiya tərəfindən də bəzi güzəştlərin şahidi olmalıyıq. Bura Rusiyanın hərbi büdcəsinə və ordusuna, eləcə də nüvə silahlarına məhdudiyyət qoyulması da daxildir. Bundan əlavə olaraq Rusiya törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir. Avropanın mövqeyi budur ki, Rusiyaya təzyiq artırılmalıdır”, - Kallas vurğulayıb.

Onun sözlərinə görə, bu təzyiq Rusiyanı həqiqi mənada dialoqa sövq edə bilər.

Избранный
12
3
redaktor.az

4Источники