"LifeMed Center" kosmetoloji mərkəzində Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.
"Cebheinfo.az" Yurd.media-ya istinadən xəbər verir ki, Bakıda yerləşən "LifeMed Center" adlı kosmetoloji mərkəzdə 2025-ci ilin avqust-noyabr aylarında lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloq) göstərdiyi müəyyən edilib.
Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilib və Səhiyyə Nazirliyi tərəfindən 5 000 manat cərimə olunub.
Bu qərardan Nizami Rayon Məhkəməsinə şikayət edilib və Səhiyyə Nazirliyinin qərarının ləğv edilməsi istənilib.
Məhkəmə şikayəti təmin etməyib.
"Cebheinfo.az"