RU

Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR

Xəbər verdiyimiz kimi, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ŞAD XƏBƏR: Bakının bu ərazisində tramvay xətti ÇƏKİLƏCƏK


Tramvay nəqliyyatın ən sərfəli və ekoloji cəhətdən təmiz növü sayılır və dünyanın bir çox ölkələrində istifadə edilir. Ölkəmizdə də tramvay xətti 2004-cü ilə qədər fəaliyyət göstərib. Həmin dönəmdə tramvayın ləğvini “iqtisadi cəhətdən faydasız nəqliyyat növü” olması ilə əlaqələndirmişdilər.

Həmçinin, bu nəqliyyat növü daha çox yolun orta hissəsi ilə hərəkət etdiyi üçün də istifadəsinin ləğvi düşünülmüşdü.

Maraqlıdır, yenidən paytaxtımıza qayıdan tramvay üçün yollar nə qədər əlverişlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, tramvay yalnız istifadəsinə uyğun ərazilərdə nəzərdə tutulub:

“Tramvayı şəhərin hər yerində görməyəcəksiniz. Çünki tikinti mafiyası şəhəri bərbad günə salıb. Buna görə də Sovet dövründən qalma tramvay xətti bərpa olunmayacaq. Ancaq hazırkı şəraitdə 3 istiqamət üzrə nəzərdə tutulub. Bu ərazilərdə yəqin ki, ya ictimai nəqliyyat tam inkişaf etməyib, ya da yalnız avtobusların ümidinə qalıb. Avtobusların da sayını artırmaqla vəziyyətdən çıxmaq mümkün deyil.

Ona görə həmin istiqamətə alternativ olaraq, tramvay gətirilməsi nəzərdə tutulur.

Məsələn, elə yerlər var ki, orada artıq metro da çəkilməsi mümkün deyil. Bu səbəbdən artıq vəziyyətdən çıxış yolu kimi tramvayı alternativ ictimai nəqliyyat növü olaraq işə salmaq qərarına gəliblər. Məsələnin mahiyyəti budur. Həmin yollara da baxış keçirilib və buna uyğun qərar verilib”.

Naibə Məmmədova, Bizim.Media    

Избранный
11
2
bizim.media

3Источники