Azərbaycanda tələbə vəfat edib.
Publika.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva yol qəzasında dünyasını dəyişib.
Onun ölmünə səbəb olan hadisə Bakı-Quba yolun Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verib. Burada iki avtomobil toqquşub.
Qəza zamanı S.Mirzəyeva ilə yanaşı qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev də vəfat edib.
Səma Mirzəyeva BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursunda təhsil alırdı.