Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxilikapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 2 fevral tarixindəistiqraz sahiblərinin hesablarına köçürülüb (Emissiya Prospektinəəsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilkiş günü icra olunur).
Trend bubarədə SOCAR-a istinadən xəbər verir.
17-ci kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarınıninvestorlarına qazandırdığı gəlir ümumilikdə 19 milyon 125 min ABŞdollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5milyon təşkil edəcək.)
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı FondBirjasında 97,3 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və1612 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan(2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 53milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki,ikinci SOCAR İstiqrazlarının növbəti kupon ödənişi tarixi 1 may2026-cı ildir.
10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunankorporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindənvə Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindənəldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və yasocaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edəbilərsiniz.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmiməlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdəqeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunançağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.