RU

Rusiyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki Canatalap qəsəbəsi yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan “Diamond Aircraft” şirkətinin istehsalı olan təyyarə təlim uçuşu həyata keçirirmiş.

Onun göyərtəsindəki Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir pilot həlak olublar. Qəza yerinə təcili yardım briqadaları göndərilib.

Təyyarə qəzasının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Избранный
12
2
xezerxeber.az

3Источники