RU

“Qarabağ”da 2 illik yeni müqavilə - SON DƏQİQƏ XƏBƏRİ

“Qarabağ”ın yeni transferi Jeremi Qnali ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.

Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış Ağdam klubu fransalı legionerlə 2 illik sövdələşib.

Anlaşmaya əsasən, kontrakt sonradan daha 1 il uzadılacaq. Bu, “köhlən atlar“ın verəcəyi qərardan asılıdır.

O. artıq Azərbaycana gəlib. “AEK Larnaka”dan dəvət olunan əcnəbi bu gün tibbi baxışdan keçəcək.

Sol cinah müdafiəçisinin sağlıq durumunda problem aşkarlanmasa, münasibətlər rəsmiləşəcək.

Kipr təmsilçisi Azərbaycan klubundan gələn təklifi qənaətbəxş hesab edib.

AEK-də sol cinah müdafiəçisi mövqeyi üçün daha iki alternativin (Anxel Qarsiya və Xayro İskierdo) olması onun ölkəmiə transferini asanlaşdırıb.

23 yaşlı Qnali bu mövsüm Larnaka komandasının heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.

SPORTİNFO.AZ

IMG

Избранный
19
2
sportinfo.az

4Источники