RU

Ölkədə gənc müəllimlərin sayı nə qədərdir? - RƏSMİ 

Bu gün 2 Fevral - Gənclər Günü kimi qeyd olunur. 

Gənclər günü ölkəmizdə gənc nəsillərin enerjisi, yaradıcılığı və vətənpərvərliyi ilə bağlı xüsusi bir gündür. Ölkəmizdə fəaliyyət göstərən gənc müəllimlər təhsilin inkişafına öz töhfəsini verir. Onlar şagirdlərə həm bilik, həm də dəyərlər aşılamaqla gələcəyin yetişməsində mühüm rol oynayır, təhsil prosesini daha canlı və innovativ edir.

Gənc müəllimlərimizin səyləri sayəsində təhsil sistemi daim yenilənir, gənclərimizin bacarıq və potensialı maksimum səviyyədə inkişaf edir.

Maraqlıdır, görəsən Azərbaycanda neçə gənc müəllim var?

AzEdu.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq bildilirb ki, ölkə üzrə ümumi təhsil müəssisələrində 29 yaşadək 15 547 müəllim fəaliyyət göstərir.

Bu rəqəmlər göstərir ki, ölkəmizdə gənc müəllimlərin təhsildə rolu olduqca əhəmiyyətlidir. 

Qeyd edək ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, 14 yaşdan 29 yaşadək şəxslər gənc hesab olunur.

Избранный
3
2
azedu.az

3Источники