RU

Nizami Kino Mərkəzində “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə “İlin Qala Gecəsi” adlı tədbir keçirilib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

28 yanvar 2026-cı il tarixində Bakı şəhərində, Nizami Kino Mərkəzində “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə ilin ən nüfuzlu biznes tədbirlərindən biri — “İlin Qala Gecəsi” baş tutub. Tədbirdə 300-dən artıq sahibkar, yerli və xarici şirkət rəhbərləri, dövlət qurumlarının nümayəndələri, investorlar və media təmsilçiləri iştirak ediblər.

“İlin Qala Gecəsi”nin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirli ötən il ərzində həyata keçirilən yerli və beynəlxalq layihələrdən, həmçinin 2026-cı il üçün planlaşdırılan strateji hədəflərdən bəhs edib. O, klubun Türkiyə nümayəndəliyi ilə yanaşı, Avropa nümayəndəliyinin də yaxın zamanda fəaliyyətə başlayacağını vurğulayıb.

Gecə çərçivəsində “Biznes Mərkəzi Klubu” ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum aqrar sahədə innovativ yanaşmaların təşviqi, sahibkarlığın inkişafı və birgə layihələrin icrasını nəzərdə tutur. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək mərkəzin fəaliyyəti və görülən işlər haqqında məlumat verib, imzalanan memorandumun hər iki tərəf üçün uğurlu əməkdaşlığa zəmin yaradacağını bildirib.

Mükafatlandırma mərasimində bankçılıq, maliyyə, ticarət, HR, media, startap və sahibkarlıq sahələri üzrə müxtəlif nominasiyalar üzrə qaliblər elan olunub:

- “İlin Rəsmi tərəfdaşı” – Aqrar İnnovasiya Mərkəzi – Mükafatı almaq üçün səhnəyə Mərkəzin direktoru Anar Cəfərovu dəvət olunub.

- “İlin Bankı” – “Birbank – Mükafatı almaq üçün səhnəyə Kiçik və Orta Sahibkarlarla İş departamentinin direktor müavini Elçin Mustafayev dəvət olunub.

- “İlin şirkəti” – “Prior Leasing” – (şirkətin icraçı direktoru Kifayət Ağalarova)

- “İlin Şirkətlər Qrupu” – Veysəloğlu Şirkətlər Qrupu (Sənubər Nəzərova)

- “İlin Marketlər Şəbəkəsi” – “OBA” Marketlər Şəbəkəsi (Aynur Qaraqurbanlı)

- “İlin Ticarət Mərkəzi” – Abşeron Ticarət Mərkəzi (Mərkəzin Strategiya və Performans meneceri Tərxan Abdullayev)

- “İlin iş adamı” – Sakit Səmədov

- “İlin uğurlu sahibkarı” – Aslan Abbaszadə

- “İlin HR şirkəti” – Azərbaycan HR İnstitutu

- “İlin iqtisadçı eksperti” – Vüqar Oruc

- “İlin etibarlı maliyyə tərəfdaşı” – Qanun Mühasibatlıq Xidmətləri

- “İlin Seçilən Sahibkarı” – Xanoğlan Ramazanov

- “İlin uğurlu yerli və beynəlxalq Startup layihəsi” – Gbaru.com

- “İlin Gənc Şirkəti” – “Sayman Consulting”

- “İlin uğurlu layihə rəhbəri” – Səftər Quliyev

- “İlin Media Tərəfdaşı” – Araz FM

- “İlin Media Tərəfdaşı” – Xəzər FM

- “İlin Dinamik Televiziyası” – “Biznes TV”

- “Fermerin real dostu” – Ruslan Zeynal

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
bizimyol.info

2Источники