RU

Rusiyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Moskva, 2 fevral, AZƏRTAC

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki Canatalap qəsəbəsi yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan “Diamond Aircraft” şirkətinin istehsalı olan təyyarə təlim uçuşu həyata keçirirmiş. Onun göyərtəsindəki Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir pilot həlak olublar. Qəza yerinə təcili yardım briqadaları göndərilib.

Təyyarə qəzasının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
27
2
azertag.az

3Источники