RU

“Qremmi”ni onlar qazandı Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Musiqi dünyasının ən prestijli tədbirlərindən biri olan 68-ci “Qremmi” mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə baş tutan ənənəvi təntənəli mərasimdə ilin ən yaxşı musiqi layihələri və sənətçiləri mükafatlandırılıb.

Məşhur komediyaçı Trevor Noanın aprıcısı olduğu gecədə ümumilikdə 86 kateqoriya üzrə mükafatlar təqdim edilib.

Tədbirin ən uğurlu qonağı amerikalı reper Kendrik Lamar olub. O, müxtəlif nominasiyalar üzrə 5 heykəlcik qazanıb.

Bəzi nominasiyalar üzrə mükafatlar:

- İlin ən yaxşı yazısı (Record of the Year) - Kendrick Lamar With SZA - “Luther” mahnısı;

- İlin ən yaxşı albomu - Bad Bunny - “Debí Tirar Más Fotos”;

- İlin ən yaxşı mahnısı - “Wildflower” - Billie Eilish O'Connell və Finneas O'Connell;

- Ən yaxşı duet/qrup pop ifası - Sinsiya Erivo və Ariana Qrande - “Defying Gravity”;

- Ən yaxşı vokal pop albomu - Ledi Qaqa – “Mayhem”;

- Ən yaxşı yeni ifaçı - Oliviya Din;

- Ən yaxşı pop ifası - Ledi Qaqa – “Abracadabra”;

- Qlobal təsir mükafatı - Pharrell Williams;

- Ən yaxşı ənənəvi pop albomu - Laufey – “A Matter Of Time”;

- Ən yaxşı rep mahnısı – Kendrick Lamar – “tv off”;

- Ən yaxşı rep albomu – Kendrick Lamar – “GNX”;

- İlin ən yaxşı mahnı müəllifi – Emi Allen;

- İlin ən yaxşı prodüseri – Cirkut;

- Ən yaxşı rok albomu – Turnstile – “Never Enough”;

- Ən yaxşı rok ifası – Yungblud – “Changes (Live from Villa Park, Back to the Beginning).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
56
1
qafqazinfo.az

2Источники