Nigeriya ordusunun şimal-şərqdəki Borno ştatında yerləşən Sambisa meşəsində apardığı xüsusi əməliyyat zamanı “Boko Haram” qruplaşmasının 11 üzvü zərərsizləşdirilib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində təşkilatın yüksək vəzifəli üzvü Əbu Xalid və 10 silahlı məhv edilib. Əbu Xalid qruplaşmada əsas fiqurlardan biri olub və Sambisa istiqamətindəki əməliyyatlar ilə logistikanın idarə olunmasına cavabdeh olub.
Ordunun açıqlamasında qeyd edilib ki, əməliyyat zamanı Nigeriya Silahlı Qüvvələrinin şəxsi heyətinə zərər dəyməyib və terrorçulara qarşı əməliyyatlar davam etdirilir.
Seyranə Quliyeva
Missiya.Az