RU

"Sabah" klubu iki rekordunu təkrarlayıb

"Sabah" Misli Premyer Liqasında ardıcıl yeddinci qələbəsini qazanıb. Bu, XVIII turun "Zirə" ilə görüşündə gerçəkləşib.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVIII turunda "Zirə" ilə oyunda gerçəkləşib.

Bunadək "İmişli" (3:0), "Neftçi" (2:0), "Turan Tovuz" (3:1), "Qarabağ" (2:1), "Sumqayıt" (3:1) və "Karvan-Yevlax" (4:1) üzərində qələbə qazanan paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu, klub tarixinin rekordunun təkrarıdır.

"Sabah" Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atmışdı. Həmin vaxt da komanda ardıcıl yeddi dəfə qalib gəlmişdi. 2022/23 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu dörd top buraxmışdı. Bu dəfə isə top fərqi 20/5-dir.

"Sabah" həm də ardıcıl üçüncü matçda üç və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/22 mövsümünün ilk yarısında "Sumqayıt" (3:0), "Qəbələ" (3:1) və "Zirə" (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.

"Cebheinfo.az"

Избранный
5
18
cebheinfo.az

10Источники