GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda hamiləliyə, 3 yaşına qədər uşağa qulluğa görə və digər sosial ödənişlər yeni qaydada hesablanacaq. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, əvvəllər təyin edilmiş ödənişlər (3 yaşadək uşağa qulluğa görə müavinət istisna olmaqla) dayandırılmadan davam edəcək. Yeni qaydalar yalnız gələcək ödənişlərə tətbiq olunacaq.
Yeni qaydaların tətbiqi sosial sığorta sistemində hansı üstünlükləri və problemləri yarada bilər?
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, yeni qayda tətbiqi sosial sığorta sistemi daha çox problemlərin aradan qaldırılmasına xidmət edəcək:
“Burada əsas məqsəd mövcud problemlərin aradan qaldırılmasına xidmət edən bir dəyişiklikdir. Konkret nəticələr isə yalnız müəyyən zaman və məkan çərçivəsində izləməklə məlum ola bilər. Bu dəyişiklik idarəetmə proseslərinə yönəlib və sığorta hadisələrinin iştirakçılarının ödənişlərinin azalması, dayandırılması və ya gəlirlərin artması ilə bağlı deyil”.
İqtisadçının sözlərinə görə, söhbət əsasən sənədləşmənin və uçot işlərinin optimallaşdırılması və sürətləndirilməsi ilə bağlıdır:
“Məqsəd gələcəkdə səhvlərin və xətaların qarşısını almaq üçün müavinətlərin hesablanması prosesində metodoloji dəqiqliyi təmin etməkdir. Yəni bu tətbiqdən vətəndaşların gəlirlərinə hər hansı mənfi təsir gözlənilmir və ödənişlərdə dəyişiklik yaratmır”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.