RU

Sədərək rayonunda iki saat qaz olmayacaq

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda iki saat qaz olmayacaq.

"Far.Az"un yerli bürosu xəbər verir ki, rayonun Sədərək kəndində korroziyaya uğramış yeraltı qaz borusunun yerüstü boru ilə əvəzlənməsi məqsədilə təmir işləri aparılacaq.

Bu səbəbdən, fevralın 2-də saat 15:00-dan 17:00-dək kənd üzrə 553 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Избранный
5
16
far.az

10Источники