RU

Albaniyanın müdafiə büdcəsi bu il üçün NATO hədəfini ötür

Albaniyanın 2026-cı il üçün müdafiə büdcəsi Ümumi Daxili Məhsul səviyyəsinin iki faizini ötərək NATO-nun üzv ölkələr üçün müəyyən etdiyi standart həddi keçib.

Albaniyanın ATA informasiya agentliyi yazır ki, bu barədə ölkənin Baş naziri Edi Rama açıqlama verib.

Onun sözlərinə görə, bu göstərici yalnız rəqəm deyil, ölkənin beynəlxalq öhdəliklərinə və yeni müdafiə sənayesinin qurulmasına yönəlmiş strateji yanaşmanı əks etdirir.

Rama qeyd edib ki, 2026-cı il büdcəsi Albaniya tarixində müdafiə sahəsinə ən ciddi investisiya olmaqla yanaşı, uzunmüddətli strateji dönüşün başlanğıcıdır.

Избранный
12
2
xezerxeber.az

3Источники