ain.az, Mia.az portalına istinadən məlumat yayır.
"Beşiktaş" transfer siyahısına "Auqsburq"dan Mert Kömürü əlavə edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ağ-qaralar" gənc yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Klubun 20 yaşlı yarımmüdafiəçi üçün Almaniya klubuna rəsmi təklif göndərdiyi məlum olub.
Baş məşqçi Sergen Yalçının oyunçunu xüsusilə heyətində görmək istədiyini vurğulayıb.
Gənc futbolçunun "Beşiktaş" formasını geyinmək istədiyi və bu istəyi kluba çatdırdığı bildirilir.
Həmçinin Sergen Yalçının Mert Kömürlə şəxsi görüş keçirdiyi də məlum olub.
Bu mövsüm Auqsburqda 19 rəsmi oyun keçirən Mert Kömür 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc yarımmüdafiəçi həmçinin futbolçu karyerasına Auqsburq gənclər akademiyasında başlayıb.
Fərid
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.