Azərbaycanın qadınlardan ibarət milli komandasının müdafiəçisi Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.
Msport.az xəbər verir ki, onun yeni klubu “Hamburq” XVI turda “Frayburq”la qarşılaşıb.
Mirzəliyevanın komandası bu görüşdə məğlub olub – 0:2. O, meydana start heyətində çıxıb.
Qeyd edək ki, “Hamburq” hazırda 10 xalla 12-ci pillədədir.