525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Polşada kəskin şaxtalı hava şəraiti 38 nəfərin həyatına son qoyub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Veslav Şepanski mətbuata dünənki açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Kuyavsko-Pomorskda da 2 nəfərin donaraq öldüyü barədə məlumat var. Əgər təsdiqlənərsə, bu halda ölü sayı 40 olacaq.
Şepanski fevralın 2-ə keçən gecə havanın daha da soyuyacağını bildirmişdi.
Maraq üçün qeyd edək ki, ölkənin ən soyuq yerlərindən biri olan Suvalki şəhərində bu gecə temperatur -29 dərəcə təşkil edib.
Yeri gəlmişkən, nazir şaxtalı günlərdə 54 nəfərin dəm qazından dünyasını dəyişdiyini də bildirib.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.