RU

Malayziyada yaşayış massivində yanğın: onlarla ailə evsiz qaldı

Bakı, 2 fevral, AZƏRTAC

Malayziyanın Sabah əyalətinin yerləşən Kampunq Titinqan kəndində səhər saatlarında yanğın qeydə alınıb və nəticədə təxminən 40 ev yanıb.

AZƏRTAC Malayziyanın Bernama informasiya agentliyinə istinadla xəbər verir ki, Sabah Yanğın və Xilasetmə Departamenti yerli vaxtla saat 12:03-də yanğını nəzarət altına alıb.

İlkin məlumatlara görə, heç bir xəsarət qeydə alınmayıb və yanğının səbəbi araşdırılır.

Избранный
11
1
azertag.az

2Источники