RU

Müasir gənc necə olmalıdır?

Məlumdur ki, biz texnologiya əsrində yaşayırıq və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə hər bir şəxsin, eləcə də hər bir gəncin də bu texnologiyadan istifadə etmə bacarığı olmalıdır. Lakin masir gənc olmaq sadəcə bu texnologiyadan mükəmməl istifadə etmək deyil, həmçinin daxili keyfiyyətlərin və bacarıqların vəhdətini yaratmağa nail olmaqdır.

Sürətli dəyişən dünyada müasir gəncin prioritet istiqamətlərini qruplaşdırsaq bunları qeyd edə bilərik:

-Müasir gənc anlamalıdır ki, diplom hər şey demək deyil, o yalnız inkişafa gedən yolun başlanğıcıdır. Yəni, onların öz seçdiyi sahədən başqa, digər sahələrlə bağlı müəyyən bilik və bacarıqları olmalıdır. Buna misal olaraq, İKT, maliyyə, psixologiya üzrə və sairi nümunə çəkmək olar.

– Danılmaz bir fakt var ki, saxta xəbərlərin, dezinformasiyaların kütləviləşdiyi bir dövrdə yaşayırıq. Müasir gənc tənqidi təfəkkürə və təhlil etmə bacarığına malik olmalıdır ki, qarşılaşdıqları saxta informasiyaları təhlil edərək obyektiv dəyərləndirərək, əsaslı nəticə çıxara bilsinlər.

– Müasir gənclərin İntellekt Əmsalı (İQ) qədər Emosional İntellektləri də (EQ) yüksək olmalıdır. Yəni onlar empatiya qurmağı, komanda şəklində işləməyi bacarmalıdırlar.
– Hər bir gənc cəmiyyıt qarşısındakı məsuliyyətini də dərk etməlidir. Bu məsuliyyətə daxildir: ətraf mühitin qorunmasıı, inkulizivliyə hörmət və s.

-Müasir gənc qarşılaçdığı problemi həll etməyi bacarmall, dıyişən mühitə tez adaptasiya olunmağı bacarmalıdır. Yəni, onlarda çeviklik bacarığı yüksək olmalıdır.

Beləliklə, müasir Azərbaycan gənci geniş düşüncəyə malik olan, texnologiyanın əsiri olmadan ondan öz işinin səmərəliliyini yüksəltmək üçün istifadə edən, mənəvi dəyərlərə üstünlük verərək gələcəyə doğru addımlayan bir fərd olmalıdır.

Ruhiyyə Mehdiyeva

“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədr müavini, fəlsəfə doktoru

Избранный
3
2
veteninfo.az

3Источники