RU

Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

Bakı. Trend:

Azərbaycan və İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıqvə qarşılıqlı yardım həyata keçiriləcək.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenariclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İordaniyaHaşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsindəəməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” 2025-ci il noyabrın27-də Bakı şəhərində imzalanıb.

22 maddədən ibarət olan Saziş müəyyən edilmiş qaydalara vəşərtlərə uyğun olaraq hər iki Tərəfin gömrük orqanları arasındagömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqinin təmin edilməsi,bu qanunvericiliyin pozulmasının qarşısının alınması, aşkaredilməsi və araşdırılması vasitəsilə bir-birlərinə yardımedilməsini nəzərdə tutur.

Sazişdə Tərəflərin qeyd olunan bu məsələlərlə əlaqədar olaraqmüvafiq orqanının sorğusu əsasında zəruri məlumatları təqdimetməsi, zəruri hesab edilən məlumatları təqdim etməklə könüllüyardımın edilməsi, texniki yardım, həssas malların qanunsuzdövriyyəsi barədə məlumat, nəzarətli göndəriş, yardım üçün sorğununforma və məzmunu, sorğuların icra qaydası, istisnalar,konfidensiallıq, məlumatlardan istifadə qaydası və s. məsələlərədair zəruri müddəalar əks olunub.

Sazişin digər müddəaları qüvvəyə minmə, müddət, ləğvetmə vədigər əlaqədar məsələləri tənzimləyir.

Qeyd edilib ki, Azərbaycan Respublikası tərəfindən əvvəlkiillərdə oxşar sazişlər Səudiyyə Ərəbistanı Krallığı, MərakeşKrallığı, Montenegro, Küveyt Dövləti Hökuməti, Birləşmiş ƏrəbƏmirlikləri, Makedoniya, İsrail, Serbiya, Argentina və bir sıradigər ölkələrlə də imzalanıb.

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya HaşimilərKrallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq vəqarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə qanunlayihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq biroxunuşda qəbul edilib.

Избранный
6
1
az.trend.az

2Источники