RU

Dəm qazı və sirkə turşusu ilə zəhərlənmə: 81 nəfər xilas edildi

2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə ümumilikdə 85 nəfər hospitalizasiya olunub.

Vaxtında və düzgün aparılan müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Zəhərlənmə səbəblərinə görə pasiyentlərin bölgüsü belədir:
27 nəfər dərman preparatlarından, 2 nəfər siçan dərmanından (rodentisid), 29 nəfər sirkə turşusundan, 1 nəfər kimyəvi məhlullardan, 2 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, 1 nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, intensiv terapiya, reanimasiya və detoksikasiya tədbirləri göstərilib.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (1 qadın və 3 kişi) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi dəm qazı və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış ağır toksik vəziyyət olub.
Избранный
14
37
7news.az

10Источники