RU

“Adnan Əhmədzadə 30 illik dostumdur, ora heç bir aidiyyəti yoxdur” - MÜSAHİBƏ

BAKI, 2 fevral. TELEQRAF

I Liqada mübarizə aparan "Mingəçevir" futbol klubunun rəhbəri Rafael Bünyatov Teleqraf-a müsahibə verib. O, müsahibəsində komandanın hazırkı durumu və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

– Son dönəmlər “Mingəçevir” klubu ətrafında qeyri-müəyyən durum yaranıb…
– Bizim hədəflərimiz birdir – çempion olmaq. İndi pley-offa doğru gedirik, böyük şanslarımız var. Bəzi oyunçu dəyişikliklərimiz oldu. Bir neçə yoxlama oyunu keçirmişik. Necə başlamışıqsa, elə də davam edirik.

– ASTA ilə “Mingəçevir” klubunun tərəfdaşlığa başlamasından artıq 1 il keçir. Mingəçevir sakinləri bu müddət ərzində verdiyinuz vədləri yerinə yetirmədiyinizi bildirir. Əsasən də, infrastukturla bağlı yenilik yoxdur…
– Üzərimizə əsas stadionun bu il ərzində təmirə bağlanacağını götürmüşdük. O da yay aylarında başlanılmalıdı, qışda bunu etmək mümkün deyil. Çünki texnika ora girə bilmir, bəzi səbəblər var. Bu stadionu söküb təzədən bərpa etmək lazımdır. 30 il bundan qabaq inşa edilən stadiondur. Stadionda işiqlandırma, drenaj sistemi yoxdur, tribunaların bir hissəsi tamamilə sökülməlidir. Əlavə olaraq “Skybox”lar tikilməlidir və s.

– Prosesə nə zaman başlamaq niyyətindəsiniz?
– Yay aylarında, daha doğrusu martdan sonra başlamalıyıq. Bizim istədiyimiz bütün gücümüzü əsas hədəfimiz olan Premyer Liqaya vəsiqə qazanmağa sərf etmək idi. Digər tərəfdən isə öz tenderlərimizi keçərirək hazırlığımızı görürük.

– Mətbuatda klubun futbolçuları və işçilərinin bir neçə aydır məvaciblərini ala bilməmələri barədə məlumatlar yayılır…
– Belə bir şey yoxdur. Ödənişlərin bir hissəsi AFFA-nın ayırdığı büdcədən verilir, digər hissəsi isə sponsor kimi bizim özümüz ödəyirik. Bugünkü günə sadəcə olaraq bir aylıq borc yaranıb. O da elə bir şeydir ki, hər klubda olur. 1 aylıq borc da deyil, 20 günlük borcdur. Yəni ümumi sistem belə işləyir.

– İctimaiyyətdə fikir formalaşıb kı, Adnan Əhmədzadə həbs olunduqdan sonra “Mingəçevir” klubunun gələcəyi sual altındadır…
– Adnan Əhmədzadənin ora heç bir aidiyyəti yoxdur. ASTA-nın prezidenti mənəm. O mənim yaxın dostumdur. Biz 30 ildir dostluq edirik.

– Bəs dostunuzun həbsi ilə bağlı nə deyə bilərsiniz?
– O barədə heçnə deyə bilmərəm, bu mümkün deyil. O barədə bizim xəbərimiz yoxdur.

– “Mingəçevir”in 3 ildən sonra Premyer Liqanın iddialı klublarından biri olacağını demişdiniz. Planlarınız dəyişməyib?
– Xeyr, biz öz 2-3 illik planımızla da gedirik.

Избранный
3
2
teleqraf.com

3Источники