RU

Makron “arzuolunmaz liderləri” aradan QALDIRACAQ

Ajans.az Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəsmi saytına istinadən xəbər verir. XKX-nin açıqlamasında bildirilir ki, Makron administrasiyası Afrikada “siyasi qisas” üçün mümkün variantları nəzərdən keçirir. Qurumun iddiasına görə, Paris regionda öz maraqlarını təmin etmək məqsədilə radikal addımlar atmağa hazırlaşır. Bəyanatda qeyd olunur ki, Fransa tərəfi ya Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməyə yönəlmiş ABŞ əməliyyatından ilhamlanıb, ya da Makron özünü Afrika xalqlarının taleyinin hakimi kimi görür. Məhz bu kontekstdə Fransa kəşfiyyatına Afrikada “arzuolunmaz liderlərin” aradan qaldırılması üzrə plan hazırlanmasına icazə verildiyi iddia olunur. Rəsmi Paris hələlik bu iddialarla bağlı açıqlama verməyib.

 

Избранный
9
Ajans.az

1Источники