RU

Gənclər ölkənin dayanıqlı inkişafının təməli və gələcəyidir - Nazir

Elm və təhsil naziri Emin Əmrullayev 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib.

AzEdu.az paylaşımı təqdim edir:

"Gənclər hər bir ölkənin dayanıqlı inkişafının təməli və gələcəyidir. Azərbaycan gəncliyi bu gün biliyi, təşəbbüskarlığı, innovativ yanaşması və vətənə bağlılığı ilə cəmiyyətimizin inkişafında mühüm rol oynayır.

Əziz gənclər, hər birinizi Gənclər Günü münasibətilə təbrik edir, sizə daim öyrənmək həvəsi və ölkəmizin inkişafı naminə yeni-yeni uğurlar arzulayıram".

 

Избранный
20
azedu.az

1Источники