RU

İctimai Televiziyada dil normaları pozulur - Deputat

Deputat Fazil Mustafa İctimai Televiziyada Azərbaycan dilinin normalarının pozulması ilə bağlı narahatlığını açıqlayıb. Bu barədə deputat Milli Məclisin iclasında çıxışı zamanı deyib. 

 O qeyd edib ki, kanalın rəhbəri dilçi olmasına baxmayaraq, efirdə dil normalarına əməl edilməməsi müşahidə olunur.

Mustafa vurğulayıb ki, efirdə istifadə olunan söz və ifadələr ictimai məsuliyyət daşıyır və bu, telekanalın dil siyasətində ciddi əhəmiyyət kəsb edir. O əlavə edib ki, xarici dillərin təsiri, ekspert dilinin aşağı səviyyədə olması və əvvəlki illərdə açıq dərslər şəklində təqdim olunan dil və təhsil proqramlarının olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.

Deputat həmçinin Dövlət İmtahan Mərkəzinin nəticələrinə istinad edərək bildirib ki, şagirdlər ingilis dili üzrə daha yüksək nəticələr göstərirlər, amma Azərbaycan dili üzrə nəticələr ən aşağı səviyyədədir.

Mustafa ümid edib ki, İctimai Televiziyanın üzvləri məsuliyyəti anlayacaq və mövqe ortaya qoyacaqlar.

Gülnar Nazimqızı 

Избранный
12
anews.az

1Источники