RU

Yüklərin sığortasına edilən ödənişlər 3 dəfədən çox azalıb

Azərbaycanda 2025-ci il ərzində yüklərin (nəqliyyat) könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 6 milyon 454 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 557 min manat və ya 8,0% azdır. 2024-cü ildə bu göstərici 7 milyon 11 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 521 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 241 min manat və ya 3,4 dəfə azdır. Ötən ilin eyni dövründə 1 milyon 762 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 8,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 17,0 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 25,1% təşkil edib.

Избранный
49
1
fed.az

10Источники