Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pakistan İslam Respublikasının Federal Təhsil və Peşəkar Təlim üzrə naziri Vaciha Qamar ilə ikitərəfli görüş keçirib. Görüş Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində təşkil olunan “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub.Görüş zamanı Bahar Muradova Azərbaycan ilə Pakistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən təhsil, sosial siyasət və gender bərabərliyi istiqamətlərində uğurla inkişaf etdiyini vurğulayıb. O, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin və institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Komitə sədri xüsusilə qızların təhsil almasının qadınların sosial-iqtisadi fəallığının artırılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, Azərbaycanda qadın və qızların təhsilə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən dövlət proqramları və təhsil layihələri barədə ətraflı məlumat verib.Pakistanın Federal Təhsil və Peşəkar Təlim üzrə naziri Vaciha Qamar Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübəni yüksək qiymətləndirib. Nazir qızların təhsilinə dəstək istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, sözügedən sahədə Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib. O, eyni zamanda qadın və qızlar üçün peşəkar təlim proqramlarının inkişaf etdirilməsinin sosial rifahın yüksəldilməsinə töhfə verdiyini qeyd edərək, bu sahədə birgə təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanları, birgə təşəbbüslərin reallaşdırılması və qarşılıqlı əlaqələrin dərinləşdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


