RU

"İpoteka verilən kimi işbazlar evlərin qiymətlərini qaldırırlar" - Deputat

"Kəndə qayıdan insanlara güzəştli kreditlər verilməlidir. Fevral ayından ipoteka kreditlərinin verilməsinə başlanılır. Dərhal işbazlar və mənzil satanlar evlərin qiymətlərini qaldırırlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

"Bilirlər ki, insanlar ipoteka kreditləri ilə evlər alacaqlar. Burada da rayonların üstünlük təşkil etməsinə nəzarət etməliyik. Rayonlarda ipoteka daha çox verilsin. Kənddə dərs deyən müəllimlərə güzəştlər olunsun ki, ipotekada istifadə edib ev ala bilsinlər", - deyə deputat bildirib.

O qeyd edib ki, Bakıda güzəştli mənzillər tikilir: "Hesab edirəm ki, güzəştli mənzillər digər böyük şəhərlərimizdə də tikilməlidir. Xüsusilə sərhəd bölgələrində olan rayonlarımızı qeyd etmək istərdim. Bu rayonlarda da güzəştli şərtlərlə mənzillərin tikilməsinə şərait yaratmalıyıq.

S.Novrzuov qeyd edib ki, orta məkətblərdə imtahanlar həddindən artıq çoxdur.

Anar Kəlbiyev

Избранный
11
4
unikal.az

5Источники