RU

Türkiyə mətbuatı Güneldən yazdı: İbrahim Tatlısəs belə onu tanımaz

Türkiyə mətbuatı müğənni Günel Zeynalovanın görünüşündəki dəyişiklikdən yazıb.

Publika.az xəbər verir ki, bir neçə estetik əməliyyat keçirən məşhur müğənni sosial media hesabında yeni paylaşım edib.

Zeynalovanın paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bir çox istifadəçi ona “Maşallah, sən həqiqətən də qocalmırsan” şərhini yazıb. Müğənni isə tənqidlərə “Mən özümə baxıram, qadın onsuz da özünə baxmalıdır” cavabını verib.

Türkiyə mətbuatı 40 yaşlı sənətçinin kosmetik əməliyyatlar sayəsində tamamilə fərqli göründüyünü yazıb. Qeyd olunub ki, 13 yaşında İbrahim Tatlısəsin proqramında tanınan Günel Zeynalova son illər təkcə səsi ilə deyil, həm də imicindəki dəyişikliklə gündəmdədir.

Избранный
13
publika.az

1Источники