RU

Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq İDDİA

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Atom”elektromobili Çin istehsalı analoqlarından daha ucuz olacaq. 

Avtosfer.az xəbər verir ki, bunu Rusiyanın Kama SC-nin direktor müavini Anatoli Kiyaşko bildirib. O əlavə edib ki, maşının qiyməti gələn ay elan olunacaq. 

Qeyd edək ki, “Atom” elektromobili ətrafında söz-söhbət səngimir. Oktyabrda layihəyə vəsait ayrılması dayandırılmışdı. Bir müddət sonra bu fakt təkzib edilərək işin son mərhələdə olduğu bildirilib.

Dekabrda isə gələcək elektromobilin qiyməti elan edilib. Məlum olub ki, avtomobil dövlət dəstəyi ilə 3 milyon rubla (67 000 AZN), dövlət dəstəyi olmadıqda isə 4 milyon rubla (90 000 AZN) satılacaq. 

Bu rəqəmlərdən görünür ki, Çin modellərindən ucuz olmazı üçün maşının qiyməti azı 3 dəfə aşağı salınmalıdır.

Vüqar Yaşaroğlu

Oxunub 40

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
avtosfer.az

1Источники