RU

Şayiələrə son qoydu

Mayk Menyan haqqında gəzən şayiələrə son qoyub.

"Football-plus.az" xəbər verir ki, “Milan” qapıçı ilə müqavilənin müddətini artırıb. Klubun rəsmi saytının xəbərinə görə, tərəflər arasındakı yeni razılaşmanın müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxan Menyan bunların 11-də qapısını toxunulmaz saxlamağı bacarıb. 2021-ci ildən “Milan”da çıxış edən təcrübəli oyunçu ümumilikdə 188 matçda forma geyib. O, komandası ilə İtaliya çempionluğu və ölkə Superkubokunu qazanıb.

Избранный
12
1
football-plus.az

2Источники