RU

“Hərbi qarşıdurma ehtimalı yüksəkdir”

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

“İran və ABŞ arasında hərbi qarşıdurma olma ehtimalı kifayət qədər yüksəkdir. Nəzərə alsaq ki, ABŞ bölgəyə böyük bir donanma göndərir və bu donanmaya əlavə qüvvələr də yoldadır. Trampın özünün ifadə etdiyi kimi İrana göndərilən qüvvələr Venesuelaya göndərilən qüvvələrdən daha böyük və güclüdür. Bu da savaş və gərginlik ehtimalını kifayət qədər artırır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

Onun bildirdiyinə görə, amma hazırda aktiv dialoq getməkdədir: “Tərəflər dolayısı yolla danışıqlar aparırlar. Həm nəzərə alsaq ki, Qətərin xarici işlər naziri İrana səfər etdi və ABŞ-nin məktubunu İrana çatdırdı və oradan cavabı geri götürdü. Bundan başqa İranın xarici işlər naziri Ankaraya səfər etdi və Türkiyə Prezidenti ilə xarici işlər naziri arasında görüşlər keçirildi. Ankaranın təklifi ilə ABŞ və İran nümayəndələrinin Türkiyədə görüşünün keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Yəni ilkin mərhələdə Tramp açıq şəkildə bəyan etdi ki, bölgəyə hərbi qüvvələrin göndərilməsi İranı danışıqlar masasına oturtmağa və ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməyə hədəflənib”.

O.Qasımov deyib ki, əgər İran ABŞ-nin tələblərini qəbul edəcəksə, o zaman savaş ehtimalı ortadan qalxmış olacaq: “Yox, əgər ABŞ-nin irəli sürdüyü 4 şərt qəbul olunmayacaqsa, o zaman hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksək olacaq və ola biləcək bu savaşın miqyası və formasını indidən proqnozlaşdırmaq çətindir. Çünki nəzərə alsaq ki, həm ABŞ bölgəyə böyük yığınaq həyata keçirir və İran da Rusiya və Çindən aldığı hərbi vasitələrlə müqavimət göstərməyə hazırlaşır. O baxımdan ABŞ Prezidenti maksimum şəkildə çalışacaq ki, qısamüddətli güclü zərbələrlə effektiv nəticələr alınsın. Amma bunun mümkün olacağını indidən söyləmək çətindir. Hazırkı şəraitə baxdığımızda hərbi qarşıdurma ehtimalı kifayət yüksək olaraq qalmaqdadır. Amma bunu aradan qaldırmaq imkanı da var. Bunun üçün tərəflər danışıqlar masasına oturmalı və razılaşmalıdırlar”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
icma.az

1Источники